Mövsümünün əvvəlində ''Neftçi"nin hazırladığı promo videolar azarkeşlərin böyük etirazına səbəb olmuşdu.
Hətta videoların birinə kapitan Emin Mahmudovun yazdığı rəy, deyilənə görə, Kamran Ağabalayevin qohumu olan admin tərəfindən silinmişdi.
Emin də bezərək, instaqramda "Neftçi"nin rəsmi səhifəsini izləmədən çıxarıb. Bu məsələdən agah olan baş icraçı direktor Fərrux Mahmudov kapitanı yanına çağıraraq Kommunikasiya Departamentin elədiyi işlərə görə üzr istəyib və xahiş edib ki, səhifəni yenidən izləsin.
"Flaqman"ın qələbəsiz oyunlardan sonra Kommunikasiya Departamentin davamlı olaraq Emin Mahmudovun fotosunun posterdə göstərilməsi və şüuraltı olaraq kapitanın hədəfə gətirilməsəi sosial şəbəkələrdə gündəmə gəlib.
Görəsən, Fərrux Mahmudov kapitandan üzr istəyəcəkmi?
Elsevər Muradzadə