FİFA milli komandaların yeni dünya reytinqini təqdim edib.
Sportliqa.az xəbər verir ki, 1174.22 xala malik olan Azərbaycan millisi son reytinqlə müqayisədə 1 pillə irəliləyib. Milli komandamız 113-cü sıradadır.
Reytinq cədvəlinə 1855,2 xalla son dünya çempionu Argentina millisi liderlik edir. Fransa 1845,44 xalla 2-ci, İngiltərə isə 1800.05 xalla 3-cüdür.
Xatırladaq ki, Azərbaycan millisi bu ay oyun keçirməyib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az