
Azərbaycanın 3 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında medal qazanıb.
Sportliqa.az xəbər verir ki, Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanovla (57) Əli Rəhimzadə (65 kq) bürünc mükafata yiyələniblər.
Avropa çempionu Maqomedov finalda Gürcüstan təmsilçisi Givi Matçaraşviliyə məğlub olub. 3-cü yer uğrunda görüşlərdə isə İslam Bazarqanov ukraynalı Kamil Kərimova, Əli Rəhimzadə Fransa idmançısı Həmzət Arsamerzuyevə qalib gəlib.
Bu gün mübarizəyə qoşulan güləşçilərdən 4-ü – Nürəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə fevralın 18-də bürünc medal uğrunda yarışmaq hüququna yiyələniblər.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması