Futbol üzrə Türkiyə 1-ci Liqasında 23-cü turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, bu gün Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyəspor” lider “Eyüpspor”la qarşılaşıb.
İstanbul təmsilçisi evdə baş tutan bu oyunda 1:3 hesabıyla məğlub olub. Coşqun 62-ci dəqiqədə meydana buraxılıb.
“Ümraniyəspor” bu nəticədən sonra 27 xalla 13-cü pillədə qərarlaşıb.