"Qarabağ" klubunun sabiq futbolçusu Pedro Enrikenin yeni iş yerinin adına aydınlıq gəlib.
Sportliqa.az xəbər verir ki, Braziliya “İnternasyonal”ından ayrılan 33 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsinin digər klubu "Korintians"da davam etdirəcək. Braziliya A seriyası təmsilçisi Pedro ilə 2025-ci ilin sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, Pedro karyerası ərzində “Sürix”, “Renn”, PAOK, “Astana”, “Kayserispor”, “Sivasspor” kimi komandaların da formasını geyinib. O, 2017/18 mövsümündə "Qarabağ"da oynayıb. Futbolçu Ağdam təmsilçisinin heyətində Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.