Tarixində ilk dəfə dünya çempionatlarının seçmə qrup mərhələlərində iştirak edən Azərbaycanın basketbol üzrə milli komandası ilk qələbəsini qazanıb.
Sportliqa.az xəbər verir ki, Tahir Baxşıyevin komandası DÇ-2027-nin A qrupunun ikinci matçında Kosovo yığmasından üstün olub.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutan gərgin və dramatik qarşılaşma basketbolçularımızın 87:77 hesablı üstünlüyü ilə yekunlaşıb.
Qeyd edək ki, komandamız qrupun ilk görüşündə İsveçrəyə məğlub olub (53:72).
Dünya Kuboku-2027. A qrupu. 2-ci tur
Azərbaycan - Kosovo 87:77 (19:19, 24:25, 16:16, 28:17)
Azərbaycan millisi: Ulaş Turqut, Zaur Paşayev, Kamran Məmmədov, Orxan Aydın, Donta Holl, Sadətdin Donat, Amil Həmzəyev, Şirzad Şirzadov, Endər Poladxanlı, Əkbər Məmmədov, Ərcan Donat, Elşad Şirzadov.
Baş məşqçi: Tahir Baxşıyev.