Futbol üzrə Almaniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, bundestimin "sükan"ı arxasına Yulian Naqelsmann gətirilib. Bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
36 yaşlı mütəxəssislə Avro-2024-ün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Naqelsmann yığmanın baş məşqçisi postunda bir neçə gün öncə istefaya göndərilmiş Hansi Fliki əvəz edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.