FİFA milli komandaların yeni dünya reytinqini təqdim edib.
Sportliqa.az xəbər verir ki, 1177.83 xala malik olan Azərbaycan millisi son reytinqlə müqayisədə 1 pillə irəliləyib. Milli komanda 112-ci sıradadır.
Reytinq cədvəlinə 1858 xalla son dünya çempionu Argentina millisi liderlik edir. Fransa 1840.59 xalla 2-cidir. Belçika 1795.23 xalla 1 pillə irəliləyərək 3-cü pilləyə yüksəlib.
Xatırladaq ki, Azərbaycan millisi Bakıda keçirilmiş “FIFA series - Edition 2024” layihəsində Monqolustana 1:0 hesabı ilə qalib gəlib, Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az