Türkiyə Birinci Liqasının 30-cu turunda azərbaycanlı futbolçuların komandaları üz-üzə gəlib.
Sportliqa.az xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor”u qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Start heyətdə meydana çıxan Vüsal 59-cu, Coşqun isə 90+1-ci dəqiqədə əvəzlənib. İsgəndərli bu görüşün 22-ci dəqiqəsində sarı vərəqə də alıb.
Qeyd edək ki, 30 turdan “Boluspor” 46 xalla 7-ci, “Ümraniyəspor” 34 xalla 12-cidir.