Millətlər Liqasında Azərbaycan milli komandasının rəqibi olan Estoniya yığması Baltik kuboku adlanan mini-turnirdə iştirak edəcək.
Sportliqa.az xəbər verir ki, komanda açılış matçında Farer adaları ilə qarşılaşacaq.
Oyun iyunun 8-də Tallində keçiriləcək. Turnirdə Estoniya və Farer adaları ilə yanaşı, Litva və Latviya yığmaları da çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan Estoniya ilə oktyabrın 11-də səfərdə, noyabrın 16-da isə Bakıda üz-üzə gələcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az