18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib.
Sportliqa.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Sumqayıt”ın futbolçusu Aftandil Arıxovun yerinə “Neftçi”dən Eldar Babayev milliyə dəvət olunub.
Qeyd edək ki, aprelin 28-də Dalğa Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışına başlayıb. Hazırlıq mayın 3-dək davam edəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az