
"Kəpəz"də işlər rəvan getmir. Daha doğrusu, "sarı-göylər"in əvəzedici komandasında.
Pressing.az-a daxil olan informasiyaya görə, Gəncə təmsilçisinin "ikincilər"i uzun müddətdir ki, maaş üzünə həsrətdirlər.
Futbolçular 3 aydan artıqdır ki, məvacib ala bilmirlər. Başı əsas komandaya qarışan "Kəpəz" rəhbərliyi əvəzediciləri yaddan çıxarıb. Bu da dublda çıxış edən futbolçuların durumunu xeyli pisləşdirib. Belə demək mümkünsə, rəhbərlik futbolçulara vermək üçün minimum əməkhaqqını - 350 manat tapa bilmir.
...Bütün bunların təzahürüdür ki, gəncəlilər beş oyundur ki, qələbə qazana bilmirlər.
Bəzi futbolçular həm də Gəncə klubunun U-19 komandasında çıxış edirlər. Lakin həmin oyunçular, ümumiyyətlə, "qara qəpik" də almırlar.
Elsevər Muradzadə
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması