Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin növbəti oyunu çərçivəsində “Neftçi” və “Xırdalan” komandaları üz-üzə gəlib.
Sportliqa.az xəbər verir ki, 76:73 hesabı ilə qələbə qazanan ikincilər ilk yarımfinalçı olublar.
Bu komandalar arasında baş tutan əvvəlki görüşdə də “Xırdalan” qələbə qazanmışdı – 80:75.
Pley-off mərhələsinin digər görüşündə sabah “Sərhədçi” və “Xəzri” klubları qarşılaşacaq. İlk matçda “Xəzri” 98:64 hesablı qələbə qazanıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.