Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri millisi Bakıda keçirilən Avropa kubokunda bürünc medal əldə edib.
Sportliqa.az xəbər verir ki, komanda Milli Gimnastika Arenasında təşkil olunan yarışda üçüncü olub.
Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzanın heyətində yer aldığı yığma çoxnövçülükdə 71,550 xal toplayıb.
Qrup hərəkətləri milli həm 5 halqa, həm də 3 lent və 2 topla hərəkətdə finala adlayıb.