![Xəzərin sahilində](https://sportliqa.az/upload/news/3486/770x552/WhatsApp-Image-2024-07-23-at-18.33.14.jpeg)
Futbol üzrə Bolqarıstan çempionatında 32-ci turun oyunları keçirilib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun komandası “Arda” səfərdə Sofiya “Slaviya”sı ilə qarşılaşıb. Oyunda qalib müyyənləşməyib – 0:0.
Cəlal da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan Hüseynov sona qədər oynayıb.
Bu nəticədən sonra “Arda” 41 xalla 9-cu, "Slaviya" 37 xalla 10-cu pillədə qərarlaşıb.