
Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.
Sportliqa.az xəbər verir ki, ilk oyunda “Sabah” və “Xırdalan” komandaları üz-üzə gəlib.
“Sərhədçi” İdman Mərkəzində keçirilən qarşılaşma birincilərin 101:85 hesablı qələbəsi ilə başa çatıb.
Tərəflər arasında ikinci görüş mayın 10-da reallaşacaq. İki matçın yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də oynanılacaq.
Mayın 8-də bu raundun digər cütü – “NTD-İndiqo” və “Xəzri” kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması