21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, U-21 iyunun 11-də “Liv Bona Dea Arena”da Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, U-21 millimiz iyunun 7-də, Bakı vaxtı ilə saat 20:30-da Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində Slovakiya yığması ilə yoldaşlıq görüşü keçirəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az