Mayın 19-da Moldovada jurnalistlər arasında minifutbol üzrə Avropa Millətlər Liqası baş tutacaq.
Sportliqa.az xəbər verir ki, bu turnirdə Azərbaycanın jurnalistlərdən ibarət milli komandası da iştirak edəcək. Yığmamız qrupdakı rəqibləri bəlli olub.
Belə ki, jurnalistlərimiz Kişinyovda B qrupunda İsrail, Almaniya və Moldova komandaları ilə qarşılaşacaq. Komandamızın ilk oyunu mayın 19-da Almaniya yığmasına qarşı olacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az