Azərbaycan millisinin baş məşqçisi postuna namizəd göstərilən mütəxəssislərdən biri olan Stanislav Çerçesov məsələ ilə açıqlama verib.
Sportliqa.az xəbər verir ki, o, "MK Sport" nəşrinə müsahibəsində bunu deyib:
"Bəli, həqiqətən də, belə xəbərləri görmüşəm. Amma hələlik məsələ rəsmi danışıqlara çatmayıb. Mən belə şeylərə ciddi yanaşıram, çünki Azərbaycan zəngin futbol ənənələri olan ölkədir. Onların millisi ilə ən çətin vəzifələrin öhdəsindən gəlmək olar. Üstəlik, Azərbaycan prezidenti İlham Əliyev təkcə futbolu deyil, bütün peşəkar və kütləvi idmanı dəstəkləyir. Onun xanımı Mehriban Əliyeva da idman layihələrinə və müxtəlif idman növləri üzrə federasiyaların inkişafına böyük diqqət yetirir.
Avropa Liqasının finalının Bakıda keçirilməsinin özü çox şeydən xəbər verir. AFFA bu yaxınlarda Rövşən Nəcəfə tapşırılıb. O, doğru qərarların qəbul edilməsi üçün zamana ehtiyacı olan gənc və iddialı liderdir.
Artıq Rusiya millisi ilə çalışmışam. Ölkəmizdə təşkil olunmuş dünya çempionatında tariximizin ən yaxşı nəticəsini qazana bildik. Azərbaycanda futbolçular və məşqçilər heyəti ilə hamının başa düşdüyü dildə danışmaq imkanı var. Azərbaycan xalqının, millinin oyunçularının mentalitetini, mədəniyyətini dərindən bilmək də yaxşı köməkdir".