“Əziyyətimizin bəhrəsini mövsümün sonunda gördük. Buna görə çox xoşbəxtik”.
Sportliqa.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Olavio Juninyo Azərbaycan Kubokunun qalibi olmaqları barədə danışarkən deyib.
O, qarşıdakı avrokubok oyunları üçün hazırlıqlarını ciddi şəkildə davam etdirəcəklərini bildirib: “Çempionlar Liqası kimi vacib turnirdə iştirak edəcəyik. Hədəf layiqli nəticələr əldə etməkdir. Çempionluğu erkən təmin etdiyimizə görə oyunlara köklənmək hər zaman çətin olur. Lakin baş məşqçimiz bunu bacardı. Əsas odur ki, mövsümü iki titulla başa vurduq”.
Transfer təklifləri barədə danışan braziliyalı futbolçu deyib: “Qarabağ”la ikiillik müqaviləm var. Taleyim öz əlimdə deyil. Burada xoşbəxtəm”.
Qeyd edək ki, “Qarabağ” finalda “Zirə”yə 2:1 hesabı ilə qalib gələrək tarixində 8-ci dəfə Azərbaycan Kubokunun qalibi olub.
azertac.az