"Qarabağ" geridə qoyduğumuz mövsüm möhtəşəm nəticə göstərərək, "qızıl dubl"a imza atıb.
Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasında və Azərbaycan Kubokunda 2023/24 mövsümünü qalibiyyətlə tamamlayaraq qızıl medalları boynundan asıb.
Fəqət ağdamlıların bu zəfərindən pay almayanlar da olub.
Sportliqa.az-ın əldə etdiyi məlumata görə, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın texniki heyətinin əksəriyyəti medal üzünə həsrət qalıb. Klub rəhbərliyi medalları onlara təqdim etmək əvəzinə, ofisdə çalışan əməkdaşları önə çəkib. Və bu siyahı Peşəkar Futbol Liqasına təqdim edilib.
Bu da həmin şəxsləri olduqca məyus edib.
Beləliklə, "Qarabağ" rəhbərliyi klubun texniki personalını yay tətilinə üzgün yola salıb.
Elsevər Muradzadə