Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev Albaniyaya uduzduqları yoldaşlıq matçından (1:3) sonra açıqlama verib.
O, əvvəlcə oyun haqda fikirlərini bölüşüb: “Oyuna qələbə üçün çıxmışdıq. Təəssüflər olsun ki, 1:3 hesabı ilə məğlub olduq. İstəmədiyimiz bir məğlubiyyət idi. Amma düşünürəm oyun baxımından çox şeyi qazandıq. Topa nəzarət və şanslar bizdə çox oldu. Hesab oyuna uyğun deyildi”.
23 yaşlı müdafiəçi “Rəqib güclü oynadı ya siz zəif oynadınız?” sualına belə cavab verib: “Düşünmürəm ki, biz zəif oynadıq. Sadəcə rəqib şanslarından daha yaxşı istifadə edə bildi. Qazaxıstanla oyunda, inşallah, əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”.
Foto: Elmir Kərimov
qol.az