Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts İctimai TV-yə açıqlama verib.
Sportliqa.az xəbər verir ki, almaniyalı mütəxəssis Azərbaycanda işlədiyi illəri xatırlayıb.
77 yaşlı məşqçi "Qarabağ"ı izlədiyini deyib:
"Mən orada Almaniyadan olan yox, elə Azərbaycandan olan baş məşqçi kimi çalışırdım. Azərbaycanlıların mənə münasibəti çox gözəl idi. Jurnalistlərin də, həmçinin. UEFA-nın klub turnirlərində gözüm hər zaman "Qarabağ"ı axtarır. "Qarabağ"ın baş məşqçisi var idi....Azərbaycanda işlədiyim vaxt çox yaxşı illər idi. Azərbaycanlıları çox bəyənirəm".
Xatırladaq ki, Berti Foqts yığma komandamıza 2008-2014-cü illərdə rəhbərlik edib.