Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Sportliqa.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Sabah” və “Sumqayıt”ın da rəqibləri müəyyənləşib.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada "Sabah" Hayfa "Makkabi"sinə (İsrail) rəqib olub. "Sabah" ilk oyununu səfərdə keçirəcək.
"Sumqayıt" isə bu mərhələdə “Fehervar”la (Macarıstan) qarşılaşacaq. "Sumqayıt" ilk matçı öz meydanında olacaq.
Həmçinin, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Şerif" (Moldova) - "Zirə" cütünün məğlubunun də KL-in 2-ci mərhələsindəki potensail rəqibi bəlli olub. Bu komandalardan hansı mübarizəni uduzsa, KL-in 2-ci raundunda Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Konfransa Lİqasında 2-ci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.