“Qarabağ”ın futbolçusu Marko Yankoviçin üzvü olduğu Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.
Sportliqa.az xəbər verir ki, səfərdə Kiprin qonağı olan komanda 4:1 hesabı ilə qalib gəlib.
Yankoviç matça start heyətdə başlayıb və sona qədər oynayıb. O, 67-ci dəqiqədə Nikola Kristoviçin vurduğu qolda məhsuldar ötürmə müəllif olub.
Qeyd edək ki, Monteneqro qrupda 16 xalla birinci yerdədir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az