Bu gün Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, Ayxan Abbasovun komandası səfərdə Andorra ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçı ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək.
Bu, kapitan Emin Mahmudov üçün Azərbaycan yığmasında sonuncu oyun olacaq.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası oyununda səfərdə Lixtenşteynə qalib gəlib - 1:0.
22:00. Andorra - Azərbaycan
Baş hakim: Xose Luis Munuera
“Estadi de la FAF” stadionu
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az