Azərbaycan Basketbol Liqasında 7-ci tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
Bakı İdman Sarayında baş tutan NTD – “Naxçıvan” görüşündə Naxçıvan təmsilçisi 84:56 hesablı qələbə qazanıb.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən matçda isə “Sumqayıt” “Ordu”nu 123:88 hesabı ilə məğlub edib.
Turun əvvəlki oyunlarında “Sabah” “Neftçi”ni (93:78), “LANDAU Lions” “Gəncə”ni (85:62) məğlub edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az