Azərbaycan Basketbol Federasiyasının (ABF) Nizam-İntizam Komitəsi “Sabah” BK – “Neftçi” İK qarşılaşmasında baş verən insidentlə bağlı qərar qəbul edib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasının (ABL) 2026/2027-ci il mövsümünün VII turu çərçivəsində, noyabrın 14-də Milli Gimnastika Arenasında keçirilən oyunun ikinci periodunun 3-cü dəqiqəsində gərginlik yaşanıb.
Video görüntülər əsasında araşdırılan insidentlə bağlı “Sabah”ın basketbolçusu Tajuan Eyci növbəti iki, “Neftçi”nin oyunçusu Ulaş Turqut isə bir çempionat oyununda iştirakdan məhrum edilib.
Bundan əlavə, “Sabah” BK 1500 manat, “Neftçi” İK isə 1000 manat məbləğində cərimələnib.
Qərar noyabrın 16-da qəbul edilib.
Sportliqa.az
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az