FİFA milli komandaların yeni dünya reytinqini açıqlayıb.
Sportliqa.az xəbər verir ki, aktivində 1179.88 xalı olan Azərbaycan yığması ötən siyahı ilə müqayisədə 1 pillə irəliləyib.
Millimizin ayın əvvəlində Albaniya və Qazaxıstanla keçirdiyi yoxlama matçlarının nəticələri reytinqə təsir edib.
Xatırladaq ki, yığmamız albanlara 1:3 hesabı ilə uduzub, qazaxlardan üstün olub - 3:2.
Fernandu Santuşun çalışdıracağı seçməmiz 111-ci sırada qərarlaşıb.
Reytinqə 1860.14 xalla son dünya çempionu Argentina millisi başçılıq edir.
Fransa 1837.47 xalla 2-ci, Belçika 1797.98 xalla 3-cüdür.