Avro-2024-də 1/8 final mərhələsi davam edir.
Sportliqa.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matç da başa çatıb.
Əvvəlcə İngiltərə millisi Slovakiya ilə üz-üzə gəlib. Oyunda hesabı Slovakiya açıb və matçın son saniyələrinə qədər 1:0 öndə olub. İngiltərə millisi 90+5-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıb və görüşdə əlavə vaxt oynanılıb. İngilislər əlavə vaxtda daha bir qol vuraraq 2:1 hesablı qələbə qazanıb və 1/4 finala yüksəlib. Qaret Sautqeytin komandası bu mərhələdə İsveçrə ilə qarşılaşacaq.
Digər oyunda İspaniya yığması turnirin debütantı Gürcüstan millisi ilə qarşılaşıb. Bu oyun ispanların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Avro-2024, 1/8 final
30 iyun
20:00. İngiltərə - Slovakiya - 2:1
Qol: İvan Şranç, 25, (0:1), Cud Bellinqem, 90+5 (1:1), Harri Keyn, 91 (2:1)
Baş hakim: Halil Umut Meler (Türkiyə)
"Veltins Arena"
23:00. İspaniya - Gürcüstan - 4:1
Qollar: L.Norman, 18-avtoqol (0:1), Rodri, 39 (1:1), F.Ruis, 51 (2:1), N.Uilyams, 75 (3:1), D.Olmo, 83 (4:1)
Qollar:
Baş hakim: Fransua Letekse (Fransa)
"Rayn-Energi” stadionu.