Bir neçə gün əvvəl futbol üzrə Gürcüstan yığma komandasının Avropa çempionatının 1/8 final mərhələsində İspaniya millisinə qalib gələcəyi təqdirdə, SOCAR şirkəti tərəfindən qonşu ölkədə bütün yanacaq növlərinin 2 lariyə satılacağı barədə məlumatlar yayılmışdı.
Pressing.az xəbər verir ki, artıq sözügedən oyun başa çatdı və Gürcüstan seçməsi "matadorlar"a 1:4 hesabıyla məğlub olaraq, mötəbər turnirdən kənarda qaldı. Fəqət buna baxmayaraq, SOCAR şimallılara verdiyi sözü tutacaq. Belə ki, gürcülər uduzsalar belə, 1 iyul günorta saat 14:00-dan etibarən 90 dəqiqə ərzində bütün yanacaq növlərinə endirim olacaq. Qonşu ölkənin vətəndaşları bunun üçün cəmi 2 lari ödəməli olacaqlar.
Bu haqda məlumatı "SOCAR Georgia Petroleum" yayıb.