Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev 2024/2025 mövsümündə ilk təyinatını alıb.
Sportliqa.az xəbər verir ki, o, Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də keçiriləcək “Tikveş” (Şimali Makedoniya) – “Breydablik” (İslandiya) görüşünün hakim-inspektoru olacaq.
Skopye şəhərində yerləşən “Todor Proeski” stadionunda keçiriləcək matçı lüksemburqlu baş hakim Ceremi Muller idarə edəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.