
Azərbaycan boksçusu Nihad Qasımov Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında finala vəsiqə qazanıb.
Sportliqa.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində yarışan idmançı yarımfinalda əfqanıstanlı Haydari Mujtabanı məğlub edib.
Digər boksçular - Haqverdi Həsənov (57 kiloqram), Nurlan Abışov (60 kiloqram) və Valeh Eyvazlı (66 kiloqram) isə finala gedən yolda rəqiblərinə uduzduqları üçün turniri bürünc medalla başa vurublar.
Qasımovun final görüşü iyulun 4-də olacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması