
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) – "Makkabi" (Hayfa, İsrail) qarşılaşmasının biletləri bu gün saat 19:00-dan etibarən satışa çıxarılacaq.
Sportliqa.az xəbər verir ki, “Sabah”ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.
"Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində bilet satışlarına da qarşıdakı günlərdə başlanması nəzərdə tutulub.
Bilet almaq üçün (https://iticket.az/.../sport/sabah-fk-maccabi-haifa/122973) linkinə daxil ola bilərsiniz.
Qeyd edək ki, “Sabah” – "Makkabi" matçı avqustun 1-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.
QEYD:
1. Oyuna gecikən tamaşaçılar ( 1-ci hissə bitəndən sonra) stadiona buraxılmayacaq.
2. Stadiona qida məhsulları, şüşə və plastik q
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması