Millimizin hücumçusu Ramil Şeydayevin Azərbaycana qayıdışı dəqiqləşib.
Sportliqa.az Sportinfo.az-a istinadən xəbər verir ki, 28 yaşlı forvard "Neftçi" ilə anlaşıb. Təcrübəli oyunçu artıq dünəndən Ərzurumda təlim-məşq toplanışında olan "ağ qaralar"ın düşərgəsinə qoşulub. Onunla iki illik anlaşma əldə olunub. Klub ən qısa müddətdə bu transferi ictimaiyyətə açıqlayacaq.
Ramil Şeydayev son mövsümü Türkiyədə keçirib. O, 2024-cü il yanvarın 17-də “Kocaelispor”a keçib və 2025-ci il iyunun 30-na qədər bu kluba məxsusdur.
Şeydayev karyerası ərzində "Zenit", "Rubin", "Trabzonspor", "Jilina", "Qarabağ", "Krılya Sovetov", "Dinamo"(Moskva), "Sabah", "Buriram Yunayted" klublarında oynayıb.