"Neftçi" klubu Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, Roman Qriqorçukun baş məşqçilik etdiyi komanda Türkiyə Superliqası təmsilçilərindən “Alanyaspor”la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Qolları Höccət Haqverdi, Emin Mahmudov və Yuri Matias vurublar.
Qeyd edək ki, "Neftçi” Türkiyədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır.