"Qarabağ" klubu yeni mövsüm üçün növbəti transferini gerçəkləşdirib.
Sportliqa.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin yaydığı rəsmi məlumatda bildirilib.
"Qarabağ" qapıçı Şahrudin Məhəmmədəliyevi heyətinə cəlb edib. Klubula 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb.
Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər Ağdam klubunda çıxış edəcək.
"Qarabağ" bu yay qapıçı Fabian Buntiç və hücumçu Musa Qurbanlını da heyətinə qatıb.
Məhəmmədəliyev 2016-23-cü illərdə də "Qarabağ"ın formasını geyinib. O, 2023-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Şahrudin Ağdam təmsilçisi ilə 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.