“Şamaxı” xoşagəlməz hadisə ilə üzləşib.
Sportliqa.az xəbər verir ki, bölgə təmsilçisi yeni transfer etdiyi futbolçusu Lubeni Haukonqo ilə yollarını ayırmaq məcburiyyətində qalıb.
Buna Namibiya millisinin üzvünün Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilməməsi səbəb olub.
Bu səbəbdən tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.
Xatırladaq ki, Ayxan Abbasovun komandası afrikalı müdafiəçi ilə 1 illik müqavilə imzalamışdı.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.