“Sabah” - “Makkabi” matçına bilet satışları davam edir.
Sportliqa.az xəbər verir ki, artıq oyuna 4500 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.
Qeyd edək ki, iyulun 1-də “Bank Respublika Arena”da keçiriləcək "Sabah" - "Makkabi" matçı saat 20:00-da başlayacaq. "Sabah” ilk oyunda İsrail klubunu 3:0 hesabıyla məğlub edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.