
AFFA Azərbaycanın A milli komandasına direktor təyin edib.
Sportliqa.az xəbər verir ki, bu barədə qurum açıqlama yayıb.
Bu vəzifəyə İlqar Qurbanov gətirilib. İ.Qurbanov buna qədər milli komandaların skautu vəzifəsində çalışıb.
Qeyd edək ki, İlqar Qurbanov futbolçu karyerası ərzində Azərbaycan seçmə komandasının heyətində 30 oyun keçirib, 1 qol vurub. O, 17 illik peşəkar futbolçu karyerası ərzində "Fənərbaxça", "Xəzər Lənkəran", "Sivasspor", "Boluspor", AZAL, "Mersin İdmanyurdu", "Qarabağ", "Qəbələ" və "Sumqayıt" klublarında da çıxış edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması