Bu gün Azərbaycanın daha bir cüdoçusu Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportliqa.az xəbər verir ki, 2024-cü ilin Avropa çempionu, 22 yaşlı Elcan Hacıyev (90 kq) 1/16 finalda Türkiyə təmsilçisi Mixael Zqankla (30 yaş) üz-üzə gəlib. Elcanın rəqibi Avropa Oyunlarının qalibi, Böyük dəbilqənin qızıl və altıqat bürünc mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının, Aralıq Dəniz Oyunlarının qalibidir. O, həmçinin dünya çempionatında da gümüş mükafat qazanıb.
Qeyd edək ki, E.Hacıyev son dünya reytinqində 18-ci, onun rəqibi Zqank isə 8-ci yeri tutur.
E.Hacıyev əlavə vaxtda (golden score) vaza-ari xalı ilə qalib gələrək 1/8 finala yüksəlib. Onun növbəti rəqibi 1/16 finalda Devid Klammera (Çexiya) qalib gələn Maksim Qael Hambo (Fransa, dünya reytinqi 38-ci) olub. E.Hacıyev ipponla uduzaraq mübarizəni dayandırıb.
Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Daha əvvəl onlardan 5-i mübarizəni dayandırmışdı. Hidayət Heydərov isə Olimpiya çempionu adını qazanıb.