Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının kapitanı Amil Həmzəyevin yeni klubu müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, 34 yaşlı təcrübəli idmançı karyerasını "Neftçi" İK-də davam etdirəcək.
Ötən mövsümü "Xəzri"də keçirən baksetbolçu qarşıdakı mövsümü "ağ-qaralar"ın heyətində keçirəcək.
O, son mövsümdə "Xəzri" ilə Azərbaycan çempionatında gümüş medal qazanıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az