Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Sportliqa.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komanda səfərdə Slovakiya yığması ilə üz-üzə gələcək.
Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçiriləcək oyun saat 20:00-da start götürəcək. Oyunu polşalı FİFA referisi Damian Silvestrjak idarə edəcək.
Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.
UEFA Millətlər Liqası, C Liqası, 1-ci qrup
2-ci tur
8 sentyabr
20:00. Slovakiya – Azərbaycan
Baş hakim: Damian Silvestrjak (Polşa).
Koşitse, “Koşitse Futbol Arenası”.