
“Adana Demirspor”un qapıçısı Şahruddin Məhəmmədəliyev Super Liqanın 3-cü turundan təxirə salınmış “Beşiktaş”la matçı buraxacaq.
Sportliqa.az xəbər verir ki, "Adana Demirspor" millimizin üzvü ilə sentyabrın 8-də müqavilə imzalayıb. Bu qarşılaşma isə sentyabrın 3-də keçirilməli idi.
Super Liqanın qaydalarına əsasən, Şahruddin oyunun ilk tarixindən sonra transfer edildiyi üçün meydana çıxa bilməyəcək.
“Adana Demirspor” – “Beşiktaş” matçı sentyabrın 27-də keçiriləcək.
Qeyd edək ki, Şahruddin ötən gün "Adana Dəmirspor"da "Kasımpaşa"ya qarşı görüşdə debüt edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması