
FİFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin 1-ci turunda keçiriləcək “Boraç” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) oyununa təyinat alıb.
Sportliqa.az xəbər verir ki, ona meydanda Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Benua Miyo olacaq.
Oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş saat 23:00-da başlayacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.