
Cari mövsüm "Neftçi"də növbəti təyinat gerçəkləşib.
Sportliqa.az-ın məlumatına görə, həvəskər futbolçu Emil Məmmədov "ağ-qaralar"da Sponsorluq üzrə koordinator vəzifəsinə gətirilib.
Əlavə məlumat üçün qeyd edək ki, minifutbol millimizin üzvü olan Emil Məmmədov "Neftçi"nin "gözəgörünməz" rəhbərlərindən biri, Müşahidə Şurasının idman üzrə müşaviri Kamil Məmmədov ilə yaxın dostdur.
Onlar Kamil Məmmədovun kapitanı olduğu "Birbaşa Bakı" komandasında uzun müddətdir top qovurlar.
Elsevər Muradzadə
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması