
Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.
Sportliqa.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Türkiyə – Latviya oyununda hakimlərin işinə qiymət verəcək.
A qrupunun matçı oktyabrın 11-də İstanbul şəhərində yerləşən Atatürk Olimpiya Stadionunda baş tutacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması