Futbol üzrə Ukrayna Premyer Liqasında 10-cu turun oyunu keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Bukovina" öz meydanında "Krivbas"ı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Millimizin futbolçusu Renat Dadaşov zədəli olduğu üçün bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Bukovina" 9 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az