21 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələsinin 10-cu turu çərçivəsində keçiriləcək İngiltərə - Azərbaycan matçına hakim təyinatları açıqlanıb.
Sportliqa.az xəbər verir ki, görüş Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb. Referi qadın hakim İvana Martinçiç olacaq. Ona yan xətt hakimləri qismində Sanya Rodyak-Karşiç və Maya Petraviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sabina Boliç yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 15-də “Ashton Gate” stadionunda keçiriləcək İngiltərə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandamız bu gün isə Şimali İrlandiya ilə üz-üzə gələcək.