“Biz bir həftə idi taktiki və psixoloji olaraq bu oyuna hazırlaşırdıq. Mən komandamız adına çox şadam ki, qələbə qazana bildik”.
Sportliqa.az xəbər verir ki, bunu “Nürnberq”in hücumçusu Mahir Emreli 2-ci bundesliqanın 9-cu turunun bu gün “Qroyter”ə qarşı keçirilən derbi oyununda (4:0) sonra söyləyib.
Klubun mətbuat xidmətinə açıqlamasında Azərbaycan millisinin hücumçusu həmçinin deyib: “İndi biz qələbəni bayram edə bilərik. Sabahdan isə növbəti matça köklənməliyik”.
27 yaşlı futbolçu 13-cü dəqiqədə gözəl qolla hesabı açıb. Bu, onun Almaniya çempionatında ilk qolu olub. Bu barədə də danışan Emreli bildirib:
“Qol vurmaq xoşuma gəlir. Yəqin ki, bu, karyeramda vurduğum ən gözəl qollardan biridir. Amma ən vacibi derbidə qazandığımız qələbədir”.